İşğalçı Ermənistan ordusu atəşkəsi pozmaqda davam edir

İşğalçı Ermənistan ordusu atəşkəsi pozmaqda davam edir

30 May 2012 09:56
Bəyəndim (0) Bəyənmədim (0)

Müdafiə Nazirliyi mətbuat xidmətindən verilən məlumata görə, işğalçı Ermənistan ordusunun mayın 29-da saat 09.20-dən 10.05-dək Daşkəsən rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən, saat 10.30-dan 10.40-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 11.35-dən 11.50-dək və 13.10-dan 13.15-dək Tərtər rayonunun Göyarx və Qızıloba kəndləri yaxınlığında yerləşən mövqelərindən, saat 10.00-dan 10.10-dək, 18.10-dan 18.15-dək və 23.50-dən 00.00-dək Füzuli rayonunun Horadiz və Aşağı Veysəlli kəndləri yaxınlığında yerləşən mövqelərindən, saat 12.10-dan 12.20-dək və mayın 30-da 02.25-dən 03.05-dək Ağdam rayonunun Şıxlar və Qaraqaşlı kəndləri yaxınlığında yerləşən mövqelərindən, saat 00.45-dən 01.10-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.

O.M.