İşğalçı erməni ordusu Qarabağ cəbhəsində fəallaşdı

İşğalçı erməni ordusu Qarabağ cəbhəsində fəallaşdı

29 May 2012 09:59
Bəyəndim (0) Bəyənmədim (0)

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, işğalçı Ermənistan ordusunun bölmələri mayın 28-də saat 14.30-dan 14.40-dək Füzuli rayonunun Aşağı Veysəlli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 21.20-dən 21.40-dək və 21.45-dən 21.50-dək Ağdam rayonunun Cəvahirli və Kəngərli kəndləri yaxınlığında yerləşən mövqelərdən, mayın 29-da saat 02.50-dən 03.00-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.

O.M.