Angela Merkel xəritədə Berlinin yerini tapa bilmədi

Angela Merkel xəritədə Berlinin yerini tapa bilmədi

25 May 2012 15:33
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniyanın Federal kansleri bu gün rəzil duruma düşdü. Belə ki, dünya xəritəsində ölkəsinin paytaxtının yerini tapa bilmədi. Корреспондент.net-in məlumatına görə, Angela Merkel Avropanın beynəlxalq məktəblərinin birində açıq dərsdə olarkən qəflətən yazı taxtasına çağırıldı. Digər şagirdlər kimi ondan da xahiş olundu ki, xəritədə doğulduğu şəhərin yerini göstərsin. Kansler doğulduğu Hamburq şəhərinin yerini tapmaqda çətinlik çəkdiyindən əvvəlcə paytaxt Berlinin yerini müəyyən etmək istədi. Lakin savadsızlığından Rusiya ərazisini göstərdi. Daha sonra o, yanındakıların köməyi ilə Berlinin yerini müəyyən etdi.

Qeyd edək ki, Angela Merkelin yanındakılar xəritənin kontur olduğunu bəhanə gətirərək, Federal kanslerə bəraət qazandırmağa çalışdılar.

O.M.