Vəzifə səlahiyyətlərini aşmış ARDNŞ əməkdaşları cəzalandırılacaqlar

Vəzifə səlahiyyətlərini aşmış ARDNŞ əməkdaşları cəzalandırılacaqlar

25 May 2012 15:51
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında Bakının Sulutəpə qəsəbəsində qanunsuz tikililərin söküntüsü zamanı baş verən qarşıdurmalar məsələsinə toxunub: "Tam məsuliyyətimlə deyə bilərəm ki, Sulutəpədə baş verən hadisələrlə bağlı SOCAR tərəfindən ədalətli araşdırma aparılıb. Aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, bizim bir neçə əməkdaşımız vəzifə səlahiyyətini müəyyən qədər aşıb. Sözsüz ki, həmin əməkdaşlar cəzalandırılacaq". Sualın cavabında R.Abdullayev jurnalist İdrak Abbasovun döyülməsi məsələsinə toxunarkən deyib: "Bir şeyi də deməliyəm ki, həmin hadisədə jurnalistin döyülməsi baş verməyib. Həmin qarşıdurmada döyüldüyü iddia edilən şəxsin üzərində peşə fəaliyyətini təsdiq edən heç bir sənəd olmayıb. Biz bilirik ki, həmin şəxsin və onun qardaşlarının Sulutəpədə qanunsuz tikilmiş evləri və torpaq sahələri var. Orda müəyyən qruplar var ki, qanunsuz torpaqları zəbt edib və həmin torpaqları satır".

O.M.