Bu gün hava necə olacaq?..

Bu gün hava necə olacaq?..

26 Aprel 2011 09:07
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 26-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Əsasən gecə və axşam saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 6-8 dərəcə isti, gündüz 12-17 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, aprelin 26-da əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, duman olacağı, gündüz əsasan yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10 dərəcə isti, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə isti, gündüz 8-13 dərəcə isti təşkil edəcək.

Milli Hidrometeorologiya Departamenti tibbi-meteoroloji proqnozunda yaxın 2 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim dəyişikliklər meteohəssas insanlar üçün nisbətən əlverişli olacağını bildirib.


Havanın necə olmağından asılı olmayaraq hamınıza gün boyu aydın səma arzulayırıq.


Elvin Babayev


O.M.