Şəmkirdə baş verən  yol-nəqliyyat hadisəsində  2 nəfər xəsarət alıb

Şəmkirdə baş verən yol-nəqliyyat hadisəsində 2 nəfər xəsarət alıb

9 Yanvar 2021 10:29
Bəyəndim (0) Bəyənmədim (0)

Şəmkirdə 2 nəfərin xəsarət alması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Oxuməni.az-ın məlumatına görə, hərəkətdə olan “VAZ” markalı minik maşını idarə etməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı 20 yaşlı Abbasov Nəriman və onun həmyaşıdı Məhərrəmli Eltun xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Yaralıların vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.