Bakıda Beynəlxalq konfrans keçiriləcək

Bakıda Beynəlxalq konfrans keçiriləcək

25 Aprel 2011 17:40
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Müəllif Hüquqları Agentliyi ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Bakıda "İT-İP: yeni biliklərin ötürülməsi və qorunması" mövzusunda beynəlxalq konfrans təşkil edəcək.

Nazirlikdən verilən məlumata görə, 26 aprel - Beynəlxalq Əqli Mülkiyyət gününə həsr olunan tədbirdə əqli mülkiyyətin qorunması, mənimsənilməsi və əqli mülkiyyətin qorunma üsulları haqqında maarifləndirmə səviyyəsinin artırılması və bu kimi digər məsələlərin müzakirə olunacağı gözlənilir.

Beynəlxalq Əqli Mülkiyyət gününün builki mövzusu "Gələcəyi planlaşdırarkən" adlanır. Sənaye nümunələri, dizayn, onların cəmiyyətdə və gələcəyin innovasiyalarında rolu kimi istiqamətlərə xüsusi diqqət yetirilir. Bu məsələ Bakı konfransında da müzakirə olunacaq.

Sözügedən tədbirdə millət vəkilləri, dövlət strukturlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı gözlənilir. Tədbir internet vasitəsilə yayımlanacaq.


Əqli mülkiyyəti qorumaq üçün ağlın özünü qorumaq lazımdır. Gələcəyi planlaşdırmanın yolu budur...


Hafiz Əhmədov


O.M.