Mübarək hospitala köçürüləcək

Mübarək hospitala köçürüləcək

25 Aprel 2011 17:29
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Hüsnü Mübarəkin Şarm Əl Şeyx xəstəxanasından hospitala köçürülməsi barədə qərar qəbul edilib. Burada devrilmiş diktatorun profilaktik müayinə və müalicəsi həyata keçiriləcək.


Misirin səhiyyə naziri Mübarəkin səhhətinin yaxşılaşdığını və köçürülmək üçün heç bir problemin olmadığını bildirib.


Bu xəbərdən sonra baş prokuror köçürülmə ilə bağlı qərar qəbul edib.


Mübarəkin konkret hansı hospitala köçürüləcəyi hələlik dəqiq deyil. Lakin Qahirədəki xəstəxana lazımi ləvazimatlarla təmin edildikdən sonra köçürülmənin mümkün olacağı açıqlanıb.


Qeyd edək ki, Mübarək iqtidara qarşı mitinq keçirən mülki vətəndaşlara zor tətbiq etdiyinə görə həbs edilmişdi. Vəziyyətinin pisləşməsindən sonra Qahirədəki Əl-Şeyx xəstəxanasına yerləşdirilmişdi.


Mübarək sağan kimi "mübarək" günləri başlayacaq...


Hafiz Əhmədov


O.M.