Düşmən iki istiqamətdə atəşkəsi pozdu

Düşmən iki istiqamətdə atəşkəsi pozdu

24 May 2012 10:00
Bəyəndim (0) Bəyənmədim (0)

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, işğalçı Ermənistan ordusunun bölmələri mayın 23-də saat 08.30-dan 08.40-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən, mayın 24-də saat 02.10-dan 02.15-dək isə Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Düşmən cavab atəşi ilə susdurulub.

O.M.