Avropanın "utanc mənbəyi"

Avropanın "utanc mənbəyi"

25 Aprel 2011 16:57
Bəyəndim (0) Bəyənmədim (0)

Fransa müxalifətindəki Sosialist Partiyasının sədr müavini Harlem Dasir prezident Nikola Sarkozini və İtaliyanın prezidenti Silvio Berluskonini açıq aydın təhqir edib. Tunis və Liviyadan gələn miqrantlarla bağlı çıxan problemlər barəsində hər iki prezidenti "utanc mənbəyi adlandırıb.


RTL radiosuna müsahibə verən Dasir, "Onlar miqrantları bir məhsul hesab edirlər. İkisinin də fikirləri səhvdir, onlar Avropa üçün "utanc mənbəyidir"" - deyib.


Daha sonra o, bu problemlərin həlli üçün birgə fəaliyyət göstərməyin lazım olduğunu və hər hansı bir dövlətin bu sahədə liderliyi öz üzərinə götürməli olduğunu söyləyib.


Qeyd edək ki, Avropa ölkələri bu həftə Afrika ölkələrindən gələn miqrantlar barəsində konfrans keçirməyi planlaşdırır.


Avropalılar Şərqlilərdən utanırlar. Doğrudan da utanc mənbəyidirlər.


Elvin Babayev


O.M.