İran hücuma məruz qalıb

İran hücuma məruz qalıb

25 Aprel 2011 15:50
Bəyəndim (0) Bəyənmədim (0)

İranda kompüterlərə kütləvi şəkildə virus hücumları olub. İranlı rəsmilər kompüterdə "rəsmi dosye" görkəmi ilə üzə çıxan "stars" virusunun hələlik az xəsarət yetirdiyini, ancaq mütəxəssislərin virusun gücünü araşdırdıqlarını bildiriblər.


Virusun gücünün müəyyən olunduğunu söyləyən rəsmilər, virus göndərənin məqsədini, təsirini və aktiv olma tarixini açıqlamayıblar.


2010-cu ildə Stuxnet virusunun hücumuna məruz qalan İran araşdırmalar nəticəsində bu virusun nüvə texnologiyalarını məhv etmək üçün göndərildiyini ortaya çıxarmışdı.


Uzun zamandır islam cəmiyyətini "Qərb virusundan" qorumağı qarşısına məqsəd qoyan İran, qəribə də olsa, kiçik bir internet virusunun qarşısını ala bilmir.


Elvin Babayev


O.M.