Siyəzəndə ölümlə nəticələnən qəza baş verib

Siyəzəndə ölümlə nəticələnən qəza baş verib

4 Dekabr 2020 09:32
Bəyəndim (0) Bəyənmədim (0)

Siyəzən rayonu ərazisində “KamAZ” markalı yük avtomobili yol kənarına aşıb.

Oxuməni.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1961-ci il təvəllüdlü Şıxməmmədov Əli Nurməmməd oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Oxuməni.az