Azərbaycanda vəkillər arasında koronavirus geniş yayılıb: Daha bir vəkil vəfat etdi

Azərbaycanda vəkillər arasında koronavirus geniş yayılıb: Daha bir vəkil vəfat etdi

3 Dekabr 2020 16:55
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün səhər tanınmış vəkil, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Adil İsmayılov koronavirusdan dünyasını dəyişib.

Bundan az sonra Vəkillər Kollegiyasının daha bir üzvü, "Lider" Vəkil Bürosunun müdiri Əli Ələkbərov vəfat edib.

Oxuməni.az Vəkillər Kolegiyasına istinadən xəbər verir ki, Ə.Ələkbərov da Adil İsmayılov kimi COVID-19-dan dünyasını dəyişib.

Bununla əlaqədar, Vəkillər Kollegiyasının Rəyasət Heyəti mərhum vəkilin yaxınlarına dərin hüznlə başsağlığı verib.

Qeyd edək ki, son bir neçə gün ərzində Azərbaycanda Vəkillər Kollegiyasının üvləri - Adil İsmayılov, Yusif Seyidov və Tahir Əlirzayev da koronavirusdan vəfat edib.

Allah rəhmət eləsin!

Oxuməni.az