“Eurovision-2012” günlərində Bakının 30 məktəbi dərslərini dayandıracaq

“Eurovision-2012” günlərində Bakının 30 məktəbi dərslərini dayandıracaq

19 May 2012 15:48
Bəyəndim (0) Bəyənmədim (0)

"Bakının "Evrovision" yarışması keçirilən ərazilərində yerləşən bəzi orta məktəblərdə dərslərin bir həftə tez başa çatdırılması haqqında tapşırıq olub. Bu barədə rəsmi əmr verilməyib". Bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov bildirib: "Bu barədə əvvəlcədən bilirdik, məktəblərlə iş aparmışdıq və dərs proqramlarında sıxışdırma olmuşdu ki, tədrisdə boşluq qalmasın. Bu işin həyata keçirilməsində heç bir ciddi problem yaranmayacaq".
Nazir dərsləri vaxtından əvvəl dayandırılan 30 məktəbin əsasən, Səbail və Nəsimi rayonlarında yerləşdiyini deyib.

O.M.