Morqa aparılan azərbaycanlı əsgər dirilib

Morqa aparılan azərbaycanlı əsgər dirilib

29 Noyabr 2020 11:21
551
Bəyəndim (0) Bəyənmədim (0)

Morqa aparılan azərbaycanlı əsgər dirilib.

Oxuməni.az yerli mətbuata istinadən xəbər verir ki, həmin əsgər baş kəşfiyyatçı Hüseynov Elxan Maarif oğlu olub. Bildirilir ki, o Şuşa və digər işğalda olan şəhər və kəndlərimizin azad olunmasında əvəzsiz xidmət göstərib.

Döyüş tapşırığını həyata keçirən zaman, snayper atəşi nəticəsində başından yaralanan Elxanın şəhid olduğu güman edilir və əsgər yoldaşları tərəfindən morqa aparılır. 2 gün morqda qaldıqdan sonra, 3-cü gün digər valideyinlər öz nəşlərini təhvil götürməyə gəldikdə Elxanın xırıltısını eşidiblər və onun sağ olduğunu anlayıb dərhal xəstəxanaya aparmaq qərarına gəliblər.

Xəstəxanaya aparılarkən maşını minaya düşüb və möcüzəvi şəkildə həyatda qalmağı bacarıb, lakin daha da ağır yaralanıb. Hazırda Elxan, Bakı şəhərində reanimasiyada yatır.

Oxuməni.az