Zaqatalada 6 bal gücündə zəlzələ oldu

Zaqatalada 6 bal gücündə zəlzələ oldu

19 May 2012 10:02
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 18 may 2012-ci il tarixində Bakı vaxtı ilə saat 19:46-da Zaqatala rayonunun inzibati mərkəzindən 15 km cənubda zəlzələ qeydə alınmışdır. Episentrdə zəlzələ 6,0 bal olmuşdur. Zaqatala və episentrə yaxın yaşayış məntəqələrində zəlzələ 5,0 və 4,0 bal olmuşdur. İlkin məlumata əsasən, insan tələfatı olmasa da, dağıntılar var. Bir nəfər yüngül xəsarət almışdır. Zəlzələ ilə əlaqədar bölgəyə Fövqəladə Hallar Nazirliyinin əlavə qüvvələri göndərilmişdir. Ehtiyacı olan əhali çadır və lazımi tələbat malları ilə təmin olunur.

O.M.