Bakıda iki nəfər dəm qazından zəhərləndi

Bakıda iki nəfər dəm qazından zəhərləndi

21 Noyabr 2020 13:47
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Sabunçu rayonunda qadın yaşadığı evdə dəm qazından zəhərlənib.

Oxuməni.az xəbər verir ki, hadisə Balaxanı qəsəbəsində baş verib.

Yanardağ yaşayış massivində fərdi yaşayış evində yaşayan 1972-ci il təvəllüdlü Aslanova Sənubər Rais qızı və 1996-cı il təvəllüdlü Ələkbərov Tələt Mütəllim oğlu dəm qazından zəhərlənmə diaqnozu ilə yaxınları tərəfindən xəstəxanaya çatdırılıblar.

Həkimlərin verdiyi məlumata görə, qadının vəziyyəti ağır qiymətləndirilir.