Göyçayda ölümlə nəticələnən dəhşətli yol qəzası baş verib

Göyçayda ölümlə nəticələnən dəhşətli yol qəzası baş verib

18 Noyabr 2020 10:31
Bəyəndim (0) Bəyənmədim (0)

Göyçayda ölümlə nəticələnən dəhşətli yol qəzası baş verib.

Oxuməni.az-ın verdiyi xəbərə görə, hadisə bu gecə saat 03:00 radələrində rayonun Birinci Ərəbcəbirli kəndindən keçən hissəsində qeydə alınıb.

Yüksək sürətlə hərəkətdə olan 99 HA 350 dövlət qeydiyyatlı nömrə nişanlı "Mersedes-Benz" markalı maşın idarəetməni itirərək yolun kənarında olan iri çinar ağacına çırpılıb. Nəticədə avtomobili idarə edən Göyçay şəhər sakini 1979-cu il təvəllüdlü Rzayev Çingiz Qiyas oğlu, 1987-ci il təvəllüdlü Mustafayev İsmayıl Mübariz oğlu və 1987-ci il təvəllüdlü Zeynalov İlham İlqar oğlu hadisə nəticəsində ağır xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Zaur