Göyçay rayonunda facıə baş verib

Göyçay rayonunda facıə baş verib

15 Noyabr 2020 09:55
Bəyəndim (0) Bəyənmədim (0)

Göyçay rayonunda yeniyetmə oğlan faciəli şəkildə dünyasını dəyişib.

Oxuməni.az-ın verdiyi xəbərə görə, hadisə ötən gün axşam saatlarında rayonun Çayarxı kəndində qeydə alınıb.

Rayon sakini, 2005-ci il təvəllüdlü Qədirov Fərid Əhliman oğlu uşaqlarla birgə oynayarkən ehtiyatsızlıq edib, həyətin dəmir darvazasını qəflətən üstünə aşırıb. Ağır bədən xəsarətləri alan Fərid Qədirov təcili tibbi yardım stansiyasının avtomobili ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparılıb. O, tibbi yardım göstərilməsinə baxmayaraq dünyasını dəyişib. Qeyd edək ki, 14 noyabr Fərid Qədirovun ad günü idi, onun 15 yaşı tamam olurdu.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Oxuməni.az