İşğalçı Ermənistan ordusunun silahları susmadı

İşğalçı Ermənistan ordusunun silahları susmadı

18 May 2012 09:53
Bəyəndim (0) Bəyənmədim (0)

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, işğalçı Ermənistan ordusunun bölmələri mayın 17-də saat 08.35-dən 08.47-dək, mayın 18-də 01.00-dan 01.05-dək və 01.25-dən 01.30-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 00.50-dən 01.05-dək isə Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Düşmən cavab atəşi ilə susdurulub.

O.M.