Kəlbəcəri tərk edən ermənilər hər yerə od vururlar-VİDEO

Kəlbəcəri tərk edən ermənilər hər yerə od vururlar-VİDEO

13 Noyabr 10:22
392
Bəyəndim (0) Bəyənmədim (0)

Noyabrın 15 - də Azərbaycanın tarixi rayonu, qədim yurdu Kəlbəcər üç dövlətin-Azərbaycan, Rusiya və Ermənistanın başçılarının bəyanatına əsasən işğaldan azad olunacaq və de-fakto Azərbaycanın tərkibinə qayıdacaq.

Oxuməni.az xəbər verir ki, dünən erməni jurnalistləri Kəlbəcərə səfər edib, fotoreportaj hazırlayıblar. Erməni KİV-in Kəlbəcərin mərkəzindən bildirdiyinə görə, rayonda tam sürətlə erməni hərbçilərinin və mülki insanların təxliyəsi gedir.

Amma buraya köçürülən Suriya və Livan erməniləri, həmçinin Ermənistan vətəndaşları evakuasiya ərəfəsində evlərə od vurmağa başlayıblar. Bu əslində onların necə vandal olduqlarının növbəti sübutudur. Yəni son məqamda belə mənfur niyyətlərini bir daha büruzə verirlər.