Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib

11 Noyabr 2020 12:56
Bəyəndim (1) Bəyənmədim (16)

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Oxuməni.az xəbər verir ki, hadisə bu gün səhər saat 9:00 radələrində Göyçay-Bərgüşad-Ucar avtomobil yolunun Kürdəmiş kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "VAZ 2106" və "NAZ Lifan" markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobili ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Xəsarət alan şəxslərin adları hələ ki, bilinmir.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Oxuməni.az