İsmayıllıda ölümlə nəticələnən ağır yol qəzası baş verib

İsmayıllıda ölümlə nəticələnən ağır yol qəzası baş verib

5 Noyabr 2020 09:33
Bəyəndim (0) Bəyənmədim (0)

İsmayıllı rayonunda ölümlə və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxuməni.az xəbər verir ki, hadisə Muğanlı-İsmayıllı yolunda, Zərgəran kəndi ərazisində qeydə alınıb.

"Ford" və "VAZ-21099" markalı avtomobillərin toqquşması nəticəsində Ucar sakini, 1988-ci il təvəllüdlü Məmmədov İman Həmid oğlu dünyasını dəyişib, həmyerlisi, 1990-cı il təvəllüdlü Məmmədov Elnur Sayəddin oğlu ağır xəsarətlər alıb. E.Məmmədov İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Həmid