Abşeron rayonunda bədbəxt hadisə baş verib

Abşeron rayonunda bədbəxt hadisə baş verib

4 Noyabr 2020 16:33
Bəyəndim (0) Bəyənmədim (0)

Abşeron rayonunun Mehdiabad qəsəbəsində bədbəxt hadisə zamanı bir nəfər xəsarət alıb.

Oxuməni.az xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsindəki Yeni Massivdə qeydə alınıb.

1961-ci il təvəllüdlü Babayev Valeh Xanoğlan oğlu küçə ilə hərəkət edərkən fərdi yaşayış evinin daş hasarı uçub. V.Babayev daş hasarın altında qalıb.

O xəstəxanaya çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, V.Babayev xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyəti ağırdır.