Cəlilabadda yol qəzası 2 nəfərin ölümünə səbəb olub

Cəlilabadda yol qəzası 2 nəfərin ölümünə səbəb olub

3 Noyabr 2020 13:52
Bəyəndim (0) Bəyənmədim (0)

Cəlilabadda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxuməni.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 2-də saat 6 radələrində Cəlilabad rayonunun Günəşli kəndi ərazisində Astara rayon sakini S.Novruzov idarə etdiyi “Mercedes” markalı avtomobili qarşıda gedən Muğan kənd sakini Ə.Şəmmədovun idarə etdiyi “Opel” markalı avtomobilə vurub. Nəticədə Ə.Şəmmədovun sərnişinləri - həmkəndliləri Afiq Niftəliyev və Cəlal Qarayev hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Həmidə