Ağdamda Milli Ordunun əsgəri düşmən gülləsinə tuş gəldi

Ağdamda Milli Ordunun əsgəri düşmən gülləsinə tuş gəldi

17 May 2012 10:35
Bəyəndim (0) Bəyənmədim (0)

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, işğalçı Ermənistan ordusunun bölmələri mayın 16-da saat 21.25-dən 21.45-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar kəndində yerləşən mövqeləri, saat 16.00-dan 16.15-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 13.15-dən 13.20-dək, 13.30-dan 13.40-dək və mayın 17-də 00.45-dən 00.55-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 17.23-dən 17.55-dək, 23.10-dan 23.25-dək və mayın 17-də 01.40-dan 01.50-dək Cəbrayıl rayonunun Çiləbürt və Mehdili kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 17.00-dan 17.05-dək və mayın 17-də 00.45-dən 00.55-dək Ağdam rayonunun Mərzili və Qaraqaşlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.

İşğalçı Ermənistan ordusunun atəşkəsi pozması nəticəsində cəbhənin Ağdam rayonu istiqamətində Azərbaycan Ordusunun əsgəri ağır yaralanıb. Milli Ordunun əsgəri, 19 yaşlı Nurəli Əli oğlu Əliyev başından yaralanaraq hospitala yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, N.Əliyev Ağstafa rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.

O.M.