İzmirdə 14 yaşlı qız 58 saat sonra dağıntılar altından sağ çıxarılıb

İzmirdə 14 yaşlı qız 58 saat sonra dağıntılar altından sağ çıxarılıb

2 Noyabr 2020 09:45
Bəyəndim (0) Bəyənmədim (0)

İzmirdə baş verən zəlzələ nəticəsində dağıntılar altından qalan 14 yaşlı İdil Şirin adlı qız 58 saat sonra sağ çıxarılıb.

Oxuməni.az xəbər verir ki, təcili xəstəxanaya yerləşdirilən İdil Şirin dağıntılar altından yaralı olaraq xilas edilən 105-ci insan olub.

Artıq bir neçə gündür sosial mediada İdil və qardaşının dağıntılar altında olduğu, onlardan heç bir xəbər alınmadığı bildirilirdi.

Qeyd edək ki, hadisə nəticəsində həlak olanların sayı 79-a çatıb. Axtarış-xilasetmə işləri davam etdirilir. İndiyədək bölgədə 43-ü 4 baldan yuxarı olan 1120 afterşok qeydə alınıb.

Rüfət