Filippində "Qoni" tufanı 10 nəfərin həyatına son qoyub

Filippində "Qoni" tufanı 10 nəfərin həyatına son qoyub

2 Noyabr 2020 09:06
Bəyəndim (0) Bəyənmədim (0)

Filippin hakimiyyət orqanlarının bildirdiyinə görə, Lusan adasının yaxınlığından keçən “Qoni” tufanı nəticəsində ən azı 10 nəfər həyatını itirib.

Oxuməni.az xəbər verir ki, noyabrın 1-də həmin əraziyə çatan tufanın özü ilə gətirdiyi leysan yağışlar və güclü külək bütün regionda daşqınlara və torpaq sürüşmələrinə səbəb olub. Çoxlu sayda ev su altında qalıb.

Təbii fəlakətlərlə mübarizə üzrə agentliyin bildirdiyinə görə, təqribən 390 min nəfər dövlət məktəblərinə və digər təxliyə mərkəzlərinə yerləşdirilib. Bir çox obyektlərə yerləşdirilənlərin sayı normadan artıq olduğuna görə, koronavirus pandemiyasının yayılması təhlükəsi yüksəkdir.

Yerli hakimiyyət orqanları hazırda təbii fəlakət nəticəsində zərər çəkən evlərin vəziyyətini araşdırır.

Yaponiya Meteorologiya Agentliyinin məlumatına əsasən, Filippinin şərqində yerləşən sularda daha bir tropik qasırğa – “Atsani” əmələ gəlib. Getdikcə daha çox güc toplayan yeni qasırğanın noyabrın 5-də Lusan adasına çatacağı gözlənilir.

Səda