İzmirdə həlak olanların sayı 42-yə yüksəlib

İzmirdə həlak olanların sayı 42-yə yüksəlib

1 Noyabr 2020 08:03
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin qərbindəki İzmir vilayətində 6,6 ballıq zəlzələ nəticəsində ölənlərin sayı artıb.

Oxuməni.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, zəlzələ nəticəsində həlak olanların sayı 42 nəfərə yüksəlib.

Təbii hadisə zamanı həmçinin 885 nəfər xəsarət alıb. Hazırda 9 binanın dağıntıları altında axtarışlar aparılır.

Oxuməni.az