Bakıda avtomobil, Tovuzda və Ağcabədidə ev yanıb

Bakıda avtomobil, Tovuzda və Ağcabədidə ev yanıb

31 Oktyabr 2020 13:23
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Yasamal rayonunda “Opel” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Oxuməni.az-a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Digər yanğın hadisəsi Tovuz rayonunun Alakol kəndində baş verib. Ümumi sahəsi 124 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Oxuməni.az