Hacıqabulda ağır qəza baş verib

Hacıqabulda ağır qəza baş verib

30 Oktyabr 2020 16:51
Bəyəndim (0) Bəyənmədim (0)

Hacıqabulda baş verən avtoqəzada 4 nəfər xəsarət alıb.

Oxuməni.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu Qızılburun kəndi ərazisindən keçən hissəsində baş verib. "Opel" markalı avtomobillə "Mitsubidhi" markalı avtomobil toqquşub. Nəticədə bir ailənin 4 üzvü- ikisi uşaq olmaqla ana və nənə müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Ana və uşaqlara ambulator yardım göstərilib, nənənin vəziyyəti ağır olduğundan o, xəstəxananın reanimasiya şöbəsinə köçürülüb.

Faktla bağlı araşdırma aparılır.

Oxuməni.az