Türkiyənin Egey və Mərmərə dənizlərində 6,6  bal gücündə zəlzələ olub

Türkiyənin Egey və Mərmərə dənizlərində 6,6 bal gücündə zəlzələ olub

30 Oktyabr 2020 16:34
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyədə Egey və Mərmərə dənizlərində 6,6 maqnitudalı zəlzələ olub.

Oxuməni.az-ın Türkiyə mətbuatına istinadən məlumatına əsasən zəlzələnin mərkəzi İzmirin Seferhisar sahilində yerli vaxtla 14.51-də qeydə alınıb. Zəlzələnin mərkəzi yerin 16 kilometr dərinliyində olub.

Dağıntı və itkilər haqqında hələlik məlumat yoxdur, afterşokların davam etdiyi bildirilir.

Qeyd edək ki, bu gün Bingöl vilayətində də yerli vaxtla saat 11.48-də 4,1 bal gücündə zəlzələ də baş verib. Zəlzələ İstanbul və ətraf şəhərlərdə də hiss olunub.

Son məlumata görə Türkiyənin İzmir şəhərinin Bayraklı rayonunda güclü zəlzələ nəticəsində 20 bina çöküb, dağıntılar var.

Hadisə ilə əlaqədar axtarış-xilasetmə işlər başlanıb.

Oxuməni.az