Zaqatalada 5 ballıq zəlzələ oldu

Zaqatalada 5 ballıq zəlzələ oldu

16 May 2012 12:44
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 16 may 2012-ci il tarixində Bakı vaxtı ilə saat 09:54-də Zaqatala rayonunun inzibati mərkəzindən 10 km cənub-qərbdə zəlzələ qeydə alınmışdır. Episentrdə zəlzələ 5,0 bala yaxın olmuşdur. Episentrə yaxın yaşayış məntəqələrində zəlzələ 3,0-4,0 bal hiss olunmuşdur. İlkin məlumata əsasən, insan tələfatı olmamışdır.

O.M.