İslam Əməkdaşlığı Təşkilatı Qarabağ qaçqınlarına dair qərar qəbul etdi

İslam Əməkdaşlığı Təşkilatı Qarabağ qaçqınlarına dair qərar qəbul etdi

15 May 2012 11:19
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, mayın 11-12-də Aşqabadda İslam Əməkdaşlığı Təşkilatının (İƏT) "Müsəlman Dünyasında Qaçqınlar" adlı nazirlər səviyyəsində keçirilmiş beynəlxalq konfransında yekun bəyannamə qəbul olunub. "Aşqabad bəyannaməsi" adlanan sənədin 9-cu bəndi Dağlıq Qarabağ münaqişəsinə həsr olunub. Həmin bənddə bildirilir ki, İƏT Xarici İşlər Nazirləri Şurasının 38-ci sessiyasında Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə 10/38-POL saylı qətnamə qəbul olunub. "Bu kontekstdə biz 1 milyondan artıq azərbaycanlı qaçqın və Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və ətrafındakı işğal olunmuş ərazilərdən qovulmuş əhalinin vəziyyəti və bu humanitar problemlərin ölçüləri və kəskinliyinə dair dərin narahatlığımızı ifadə edirik. Biz azərbaycanlı qaçqınlar və qovulmuş əhalinin təhlükəsizlik, şərəf və ləyaqətləri təmin edilməklə öz evlərinə qayıtmaları üçün şərait yaradılmasını tələb edir və bu məqsədlə Azərbaycan hökuməti və xalqının göstərdiyi səylərə verilən dəstəklə tam şərikliyimizi bir daha təsdiq edirik. Bu baxımdan, biz İƏT, BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tam şəkildə icrasını qətiyyətlə tələb edirik".

O.M.