Dünən Şəkidə iki dəfə yeraltı təkan baş verdi

Dünən Şəkidə iki dəfə yeraltı təkan baş verdi

15 May 2012 11:01
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 14 may 2012-ci il tarixində Bakı vaxtı ilə saat 14:58-də Şəki rayonunun inzibati mərkəzindən 14 km qərbdə zəlzələ qeydə alınmışdır. Episentrdə zəlzələ 5,0 bal olmuşdur. Episentrə yaxın yaşayış məntəqələrində zəlzələ 3,0-4,0 bal hiss olunmuşdur.

İkinci zəlzələ saat 17:56-da Şəki rayonunun inzibati mərkəzindən 10 km qərbdə qeydə alınmışdır. Episentrdə zəlzələ 3,0 bal olmuşdur. Episentrə yaxın yaşayış məntəqələrində zəlzələ 2,0 bal gücündə hiss olunmuşdur. İlkin məlumata əsasən, hər iki halda insan tələfatı və dağıntı olmamışdır.

O.M.