İşğalçı erməni ordusu atəşkəs rejimini pozmaqda davam edir

İşğalçı erməni ordusu atəşkəs rejimini pozmaqda davam edir

15 May 2012 09:59
Bəyəndim (0) Bəyənmədim (0)

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, işğalçı Ermənistan ordusunun bölmələri mayın 14-də saat 10.45-dən 11.10-dək Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqeləri, saat 18.00-dan 18.10-dək Ermənistan Respublikasının Berd rayonunun Çinarlı kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində yerləşən mövqeləri, saat 11.10-dan 11.25-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 17.00-dan 17.35-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən, mayın 15-də saat 02.15-dən 02.30-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Düşmən cavab atəşi ilə susdurulub.

O.M.