Lənkəran silkələndi

Lənkəran silkələndi

14 May 2012 14:16
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 14 may 2012-ci il tarixində Bakı vaxtı ilə saat 11:46-da Lənkəran rayonunun inzibati mərkəzindən 15 km qərbdə zəlzələ qeydə alınmışdır. Episentrdə zəlzələ 4,0 bala yaxın olmuşdur. Zəlzələ ocağına yaxın yaşayış məntəqələrində zəlzələ 3,0 bala qədər hiss olunmuşdur. İlkin məlumata əsasən, insan tələfatı və dağıntılar olmamışdır.

O.M.