İşğalçı Ermənistan ordusu cəbhənin Qarabağ istiqamətində fəallaşdı

İşğalçı Ermənistan ordusu cəbhənin Qarabağ istiqamətində fəallaşdı

14 May 2012 10:09
Bəyəndim (0) Bəyənmədim (0)

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, işğalçı Ermənistan ordusunun bölmələri mayın 13-də saat 17.30-dan 17.50-dək və mayın 14-də 06.15-dən 06.20-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 02.10-dan 02.20-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.

O.M.