Xoşbəxt Yusifzadənin oğlu 54 yaşında qəflətən vəfat etdi

Xoşbəxt Yusifzadənin oğlu 54 yaşında qəflətən vəfat etdi

11 May 2012 15:35
2 018
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Xoşbəxt Yusifzadənin oğlu Bağı Yusifzadə vəfat edib. APA-nın məlumatına görə, B.Yusifzadənin heç bir xəstəliyi olmayıb və o, axşam saatlarında qəfil ürək tutmasından dünyasını dəyişib. Mərhum bu gün Pirşağı qəbiristanlığında dəfn olunacaq.

Xatırladaq ki, 54 yaşlı B.Yusifzadə "Binəqədi Oil" şirkətində inzibati işlər üzrə baş direktorun müavini vəzifəsində çalışırdı.

O.M.