Qəddafini repçilər taxtdan salacaqlar

Qəddafini repçilər taxtdan salacaqlar

25 Aprel 2011 12:28
Bəyəndim (0) Bəyənmədim (0)

Liviyada Müəmmər Qəddafini iqtidardan endirmək istəyənlərin ən sevimli musiqisi rep və hip-hopdur.

Müxalif Cümə Rəqiqi bildirir ki, qarşıdurmaya gedərkən demək olar ki, əksər müxaliflər avtomobillərində Müəmmara qarşı yazılmış repləri yüksək səslə dinləyirlər. İnqilabı mövzu seçən mahnılardan hücumçular ilham alırlar. "Youth of revalution" adlı mahnını dinləyənlər, "Bu mahnı gəncləri azadlığa çağırır. Onlara həyata başqa gözlərlə baxmaları üçün stimul verir", - deyirlər. Hətta "Music Master" qrupun yazdığı sinqalda bu sözlər tez-tez təkrarlanır: "Müəmmar, rədd ol! Mən böyük bir əsgərəm!" Gənc repçilərdən biri 24 yaşlı Yusif əl Briki söyləyir ki, Qəddafidən qurtulacaqları andan etibarən "Nəhayət ki" adlı repini notlara köçürməyə başlayacaq.

Xatırladaq ki, son 2 ayda Liviyada ərsəyə gətirilmiş bir çox mahnılarda - əsasən replərdə Qəddafiyə istehza ilə yanaşılır. Onu iqtidardan getməsi istənilir.

Şərt oynamaq deyil, düzgün oynamaqdır.


Günel Həbib


O.M.