Hakerlər Rusiya dövlətinin rəsmi saytlarına qarşı hücuma keçdilər

Hakerlər Rusiya dövlətinin rəsmi saytlarına qarşı hücuma keçdilər

10 May 2012 12:03
Bəyəndim (0) Bəyənmədim (0)
“Anonymous” haker qrupunun üzvləri informasiya agentliklərinin saytlarını da rahat buraxmırlar

"Anonymous" haker qrupunun rusiyalı üzvləri Kremlin rəsmi saytlarına qarşı hücuma keçiblər. İnterfax-ın məlumatına görə, onlar bu barədə Twitter-dəki mikrobloqlarında məlumat yerləşdiriblər. Kremlin.ru saytı hücumdan sonra fəaliyyətini bərpa etsə də, prezident.rf resursu Moskva vaxtı ilə 13:00-a qədər fəaliyyətini bərpa edə bilməyib.

Xatırladaq ki, "Anonymous" qrupu 06 may günü "Milyonların Marşı" ərəfəsində Rusiya müxalifətini haker hücumları ilə dəstəkləyəcəklərini bildirmişdilər. Onlar Rusiya hökumətinin və Baş nazirin saytlarını hücuma məruz qoyacaqları barədə internetdə video-çarxlar nümayiş etdiriblər. 06 may günü premier.gov.ru və government.ru saytları ilk hücuma məruz qaldılar. Maraqlıdır ki, həmin dövrdə KİV saytları da haker hücumundan şikayət edirdilər. Məsələn, bazar günü "Дождь(Yağış)" telekanalının, Slon.ru qəzetinin və "Эхо Москвы (Moskvanın əks-sədası)" radio-kanalının saytları fasilələrlə işləməli oldu.

Qeyd edək ki, 07 may günü Rusiya prezidenti Vladimir Putinin inauqurasiyasından sonra müxalifətin mitinqi səngimək bilmir.

O.M.