14 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi Ədliyyə orqanlarından xaric edildi

14 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi Ədliyyə orqanlarından xaric edildi

10 May 2012 11:22
Bəyəndim (0) Bəyənmədim (0)

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi tutduğu vəzifədən azad edilib. Bu barədə APA-ya Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Məlumata görə, müəssisənin rəisi Elçin Əkbərov işində verdiyi nöqsanlara görə, Penitensiar Xidmətin rəisi Mədət Quliyevin əmri ilə vəzifəsindən və Ədliyyə orqanlarından xaric olunub.

O.M.