Avstraliyada həkim səhvi gənc gəlinin həyatına son qoyub

Avstraliyada həkim səhvi gənc gəlinin həyatına son qoyub

23 Sentyabr 09:07
2 137
Bəyəndim (1) Bəyənmədim (0)

Avstraliyada həkim səhvi bir gənc gəlinin faciəsinə səbəb olub.

Oxuməni.az-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, avstraliyalı Eşli Simraj adlı gənc qız Ceyson Heyllə evləndikdən bir neçə gün sonra dünyasını dəyişib.

Faciə barədə “Daily Mail Australia” nəşrinin yaydığı məlumatda deyilir ki, üç il əvvəl 20 yaşlı qızın ayağında kiçik bir şiş olub.

Amma həkimlər onu ziyil hesab edərək əməliyyat ediblər. Nəticədə bir müddət sonra yaradan qan axmağa başlayıb. Yenidən müayinə zamanı ziyilin ət xalı xərçəngi olduğu məlum olub. Sonra xəstəlik onun bütün bədəninə yayılıb. Müalicə effekt verməyib və gənc qız ərə getdikdən bir neçə gün sonra dünyasını dəyişib. Qızın atası səhv diaqnoz qoyan həkimi məhkəməyə verib. Lakin məhkəmənin həkimə hansı cəza verəcəyindən asılı olmayaraq gənc qızı heç vaxt bir də həyata qaytarmaq mümkün olmayacaq.

Oxuməni.az