Elley ləqəbli azərbaycanlı reper Elmin Quliyev avtomobil qəzası keçirib

Elley ləqəbli azərbaycanlı reper Elmin Quliyev avtomobil qəzası keçirib

22 Sentyabr 2020 14:27
Bəyəndim (0) Bəyənmədim (0)

Elley ləqəbi ilə Rusiyada məşhurlaşan azərbaycanlı reper Elmin Quliyev avtomobil qəzası keçirib.

Oxuməni.az yerli mətbuata istinadən xəbər verir ki, musiqiçinin idarə etdiyi "Infiniti" markalı avtomobil başqa bir maşınla toqquşub. Elminin idarə etdiyi maşın yoldan çıxaraq səkidəki piyadaları vurub.

Moskvanın mərkəzində baş verən qəzada 3 nəfər ağır xəsarət alıb. Onlardan ikisi səki ilə gedən kişi və qadın, biri isə repçinin yanında oturan xanım olub. Onun yanındakı xanım isə TikTok-da məşhur olan Aldareva adlı qız olub. Aldareva tez-tez reperlə görüntülərini izləyiciləri ilə bölüşüb.

Qəzaya səbəb Elmin olub, o işıqforda qırmızı işıqdan keçməyə çalışıb. Repçi isə günahkar olduğunu inkar edib. O bildirib ki, qırmızı işıq sönəndə avtomobil hərəkət edib.

Qeyd edək ki, bu repçinin ilk avtomobil qəzası deyil. Üç il ərzində o, dördüncü avtomobil qəzasını edir.

Oxuməni.az