Çinin Rusiyadan idxal etdiyi dəniz məhsullarının qablaşdırmasında koronavirus tapılıb

Çinin Rusiyadan idxal etdiyi dəniz məhsullarının qablaşdırmasında koronavirus tapılıb

21 Sentyabr 2020 01:40
Bəyəndim (2) Bəyənmədim (0)

Çinin Rusiyadan idxal etdiyi dəniz məhsullarının qablaşdırmasında koronavirus tapılıb.

Oxuməni.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Belə ki, Çzilin əyalətinin Çançun şəhərində adi qaydada yoxlanış keçirilən zaman qablaşdırmada COVİD-19 virusu aşkarlanıb.

Bundan sonra Çançunun tibb orqanları həmin mallarla təmasda olan bütün şəxsləri karantin altına alaraq COVİD-19 nümunələri götürüb. Testlərin nəticəsi mənfi çıxıb.

Qeyd edək ki, bundan öncə Çinin Ekvadordan idxal etdiyi dondurulmuş məhsullarda da COVİD-19 virusu tapılmışdı.

Oxuməni.az