Ağdamda  ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Ağdamda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

20 Sentyabr 2020 00:17
Bəyəndim (2) Bəyənmədim (0)

Ağdamda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxuməni.az-ın xəbərinə görə, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.

Rayon sakini Vəfadar adlı sürücü "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən Ağdam rayonunun Qərvənd kənd sakini, 1984-cü il təvəllüdlü Əliyev Zamiq Məhərrəm oğlunu vurub. Z.Əliyev Ağdam Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Oxuməni.az