Bu gün Zaqatalada yenidən zəlzələ baş verdi

Bu gün Zaqatalada yenidən zəlzələ baş verdi

10 May 2012 10:22
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 10 may 2012-ci il tarixində Bakı vaxtı ilə saat 06:33-də Zaqatala rayonunun inzibati mərkəzindən 13 km cənubda zəlzələ qeydə alınmışdır. Episentrdəki zəlzələnin gücü 4,0 bal olmuşdur. Zəlzələ Zaqatalada 3,5 bal, yaxın yaşayış məntəqələrində isə 3,0 bala yaxın hiss olunmuşdur. İlkin məlumata əsasən, insan tələfatı və tikililərdə dağıntı olmamışdır.

O.M.