Azərbaycan-İran sərhədində atışma baş verib

Azərbaycan-İran sərhədində atışma baş verib

17 Sentyabr 14:27
726
Bəyəndim (2) Bəyənmədim (0)

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir.

Oxuməni.az-a DSX-nin Mətbuat Mərkəzindən verilən məlumata görə, 2020-ci ilin 17 sentyabr tarixində külli miq­darda narkotik vasitənin qa­çaq­­malçılıq yolu ilə ölkə ərazisinə keçirilmə­sinin qarşısı alınıb.

DSX-nin Sərhəd Qo­şun­larının “Horadiz” sərhəd dəs­tə­sinin Beyləqan ra­yonunun 2-ci Şahsevən kəndi ya­xınlığındakı sərhəd zas­tavasının xidməti ərazi­sində 2 nəfər naməlum şəxsin İran İslam Respub­likasından Azərbay­can Respublikası isti­qa­mətində dövlət sər­hədini pozması sərhəd naryadı tərəfin­dən aşkar olun­muşdur. Sər­həd po­zucularının əllərində silah və yüklərin olması mü­şahidə edilib.

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qapadılmışdır. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək havaya xə­bər­­darlıq atəşi açılmış­dır. Lakin sərhəd pozucuları əmrə tabe olmamış, sər­həd naryadına qarşı silah tətbiq etməklə geri qaçmağa cəhd ediblər.

Sərhəd naryadı tərəfindən “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq silah tətbiq olunmuş, sərhəd pozucularından biri aldığı güllə yarasından hadisə ye­rində ölüb. Digər sərhəd pozucusu ərazinin mürəkkəb relyefli olma­sından istifadə edərək geri qaçıb.

Oxuməni.az