İşğalçı Ermənistan ordusu yenidən atəşkəsi pozdu

İşğalçı Ermənistan ordusu yenidən atəşkəsi pozdu

10 May 2012 09:59
Bəyəndim (0) Bəyənmədim (0)

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, işğalçı Ermənistan ordusunun bölmələri mayın 9-da saat 10.15-dən 10.45-dək, 14.55-dən 15.35-dək, 15.05-dən 15.48-dək və 17.30-dan 18.35-dək intensiv olaraq Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Mososqerx və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Əlibəyli və Qaralar kəndlərində yerləşən mövqeləri, saat 22.30-dan 22.40-dək Ermənistan Respublikasının İcevan rayonunun Vozaşen kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqeləri, saat 10.30-dan 10.40-dək və mayın 10-da 00.20-dən 00.25-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 00.30-dan 00.35-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən və saat 02.00-dan 02.10-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Düşmən cavab atəşi ilə susdurulub.

O.M.