Beyrutda  güclü yanğın başlayıb

Beyrutda güclü yanğın başlayıb

15 Sentyabr 2020 12:11
Bəyəndim (0) Bəyənmədim (0)

Beyrutun mərkəzində yerləşən maliyyə rayonunda məşhur arxitektor Zaxa Xadidin layihəsi əsasında inşa edilən bina yanır.

Oxuməni.az-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə Əl-Ərəbiyyə qəzetinin məlumatında deyilir.
Şahidlər tərəfindən çəkilən video-rolikdə binanın üzərindən qara tüstü buludlarının çıxdığı aydın görünür. Yanan binanın inşasına bir neçə il əvvəl başlanılmışdı və onun tikintisi artıq başa çatmaq üzrə idi.

Onu da deyək yanan bina ötən ay baş vermiş dəhşətli partlayış yerinin yaxınlığında yerləşir.

Xatırladaq ki, avqustun 4-də Beyrut limanında baş verən partlayış nəticəsində 180 nəfər həlak olub, 6 minə yaxın insan yaralanıb, minlərlə yaşayış evi dağıdılıb.

Oxuməni.az